2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1% artaraq 29294,0 milyon manata çatıb.
BBN.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM istehsalının 48,8 faizi sənayedə, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7 faizi tikintidə, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 13,8 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 faizini təşkil edib.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9 faiz artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.
Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub.