6 ay ərzində ümumi daxili məhsul istehsalı artıb

2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3% artaraq 37009,1 milyon manata çatıb.

BBN.az Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz, neft sektorunda isə 0,1 faiz artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində əlavə dəyər 7,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,1 faiz, informasiya və rabitə sahələrində 4,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4 faiz, sənayedə 1,2 faiz, digər xidmət sahələrində 0,6 faiz artıb, tikintidə isə 10,5 faiz azalıb.

Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 3777,6 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır