2018-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 6049,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 % çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 3,9 % artıb, neft sektorunda isə 0,5 % azalıb.
Əlavə dəyərin 48,4 %-i sənayedə, 9,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 6 %-i tikinti, 2,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 %-i informasiya və rabitə, 15,8 %-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7 %-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olub.