Ümumi Daxili Məhsul istehsalı artıb

2018-ci ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 % artaraq 11541,5 milyon manat təşkil edib.

ÜDM istehsalının 48,3 %-i sənayedə, 9,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 %-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,2 %-i tikintidə, 2,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrində, 15,9 %-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,6 %-ni təşkil edib.

2017-ci ilin ilk iki ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 2,3 % artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 1178,7 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır