2017-ci ildə Şərur rayonunun istehlak bazarında satılmış məhsulların 384 milyon 603 min manatı pərakəndə əmtəə dövriyyəsinin, 53 milyon 114 min 400 manatı isə ödənişli xidmətlərin payına düşüb. Bu da 2007-ci ildəki müvafiq göstəricilərdən 6.3 və 5.4 dəfə çoxdur.
BBN.az Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bütün sahələrdə qazanılmış uğurlar mühüm göstərici kimi ümumi məhsul istehsalının dinamik və davamlı artımını təmin edib.
2007-ci illə müqayisədə ümumi məhsul istehsalı 4.5 dəfə artaraq 2017-ci ildə 545 milyon 407 min manat olub.
Qeyd edək ki, 2017-ci ildə muxtar respublikada qeydə alınmış ümumi məhsul istehsalının 15.9 %-i Şərur rayonunun payına düşüb.