“Unibank” biznes sahiblərinə girovsuz kredit təklif edir

“Unibank” müştərisi olan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyələrinin əsasında 100 000 AZN-dək kredit əldə edə bilərlər. Üstəlik  kredit  müştəriyə lazım olan ən qısa müddətdə, cəmi bir gün ərzində və sərfəli faizlə ayrılır.  Biznes sahibi krediti  1 həftə ərzində banka geri qaytararsa, heç bir faiz ödəməyəcək. Bu məhsul “Unibank” hesabları ilə cari dövriyyələrini aparan biznes sahibləri üçün hazırlanan təkliflər paketinin bir hissəsidir.

“Unibank”ın Korporativ bank xidmətləri departamentinin rəhbəri Tural  Hüseynov hesab edir ki,  cəmi bir gün ərzində, əlavə sənəd və girov tələbi olmadan, üstəlik 7 gün faiz hesablanmamaq şərti ilə ayrılan bu kredit, “Unibank” müştərilərinin qısamüddətli kassa kəsirlərinin aradan qaldırılması üçün çox sərfəli bir alətdir.

Qeyd edək ki “Unibank”,  bir müddət əvvəl biznes sahibləri üçün daha bir xidmət istifadəyə verib. Artıq  biznes sahibləri istədikləri vaxt, banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır