Unibank daha bir nominasiyanın qalibi olub

Unibank  VISA kartları ilə edilən nağdsız ödəniş  dövriyyəsini ən çox artıran bank nominasiyasının qalibi olub. Nominasiya  VISA  ödəniş sistemi tərəfindən 2017-ci ilin 1-ci rübünün nəticələrinə əsasən müəyyənləşdirilib.

Unibank  kartları ilə nağdsız ödənişləri etmək müştərilərə daha sərfəlidir. Çünki bankın bütün əmək haqqı kartları və eləcə də ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarında сashback xidməti mövcuddur. Bu isə Unibank kartları ilə partnyor və qeyri-partnyor mağazalarda alış-veriş edən müştərilərə 20%-dək cashback qazandırır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır