“Unibank” ASC “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə I yeri tutub.
Bu haqda BBN.az saytına Azərbaycan Banklar Assosiasiyasından məlumat verilib.
Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2016-cı ildə nağdsız ödənişlər üzrə nominasiyalar çərçivəsində lider banklar müəyyənləşdirilib.
“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə I yeri “Unibank” ASC tutub. Bu nominasiya üzrə II və III yerlərin sahibi isə uyğun olaraq, “Bank of Baku” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC olub.