“Unibank” ipoteka kreditlərinin faizini aşağı salıb. Belə ki, indi “Unibank”a müraciət edənlər dövlət ipoteka kreditlərini illik cəmi 7%-lə əldə edə biləcək. İllik faiz dərəcəsinin 8%-dən 7%-ə endirilməsi aylıq ödənişləri aşağı salmaqla, ümumi kreditin məbləğini də daha sərfəli edəcək.
Hazırda bank filiallarına müraciət edənlər, evin ilkin ödənişinin 20%-ni etməklə illik 7%-lə 100 min manatadək ipoteka krediti götürə bilərlər.
Qeyd edək ki, ipoteka kreditləri “Unibank”ın Bakıda “17 saylı” (“Sahil”) filialında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.