“Unibank” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat cədvəldə verilib :

Qiymətli kağızın ISIN kodu AZ2011002022
Emissiya həcmi 10 000 000 USD
Nominal qiyməti 1000 USD
Hərrac qiyməti 10 000 USD
İstiqrazların tədavül müddəti 6 il (2190 gün)
Faiz dərəcəsi 6%
Faiz gəlirinin ödəniş müddəti 3 aydan bir (90 gün)
Anderrayter Unicapital İŞ ASC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır