“Unibank” kapitalını 21 mln. manat artırır

“Unibank” KB  ilin sonunadək kapitalını növbəti dəfə artıracaq. Kapitalın 21 milyon manat artırılması nəzərdə tututlur. Bu haqda məsələ  səhmdarların 13 oktyabrda keçiriləcək növbədənkənar yığıncağında  müzakirə olunacaq.  Bu il ərzində Unibank artıq ikinci dəfədir ki, kapitalını artırır.  İyun ayında bankın nizamnamə kapitalı 70%-dək artaraq, 119,686,326.72 milyon manata çatdırılıb.

“Unibank” KB ASC ölkənin xarici kapitalın iştirakı olan ən iri banklarından biridir. Beynəlxalq maliyyə institutları olan DEG (24,37%) və AYİB-in (19,41%) bankın nizamnamə kapitalında payı hazırda 44%-ə yaxındır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır