“Unibank” KB ASC-nin səhmləri Almaniya İnvestisiya və İnkişaf Cəmiyyəti tərəfindən satın alınıb

31.07.2017-ci il tarixində”Unibank” KB ASC-nin səhmləri DEG-Almaniya İnvestisiya və İnkişaf Cəmiyyəti tərəfindən satın alınıb.

Adi sənədsiz adlı 8 988 971 ədəd səhmlərin satışı iyunun 20-da  Milli Depozit Fondu tərəfindən verilmiş 26.07.2017-ci il tarixli AA67441651 nömrəli Depo hesabından çıxarışa əsasən həyata keçirilib.

Qeyd edək ki, Emitentin nizamnamə kapitalında payı 24.3668% təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır