Unibank komandası ekstremal yarışın qaliblərindən olub

Unibank komandası ölkəmizdə ilk dəfə keçirilən maneəli ekstremal “Mübarizlər” yarışında ən yaxşı nəticə göstərən 5 komandadan biri olub.

Azərbaycan və Rusiya Fövqəladə Hallar Nazirliklərinin, AR Milli Olimpiya Komitəsinin birgə layihəsi olan yarışmada iştirak edən 50-dən artıq  şirkət komandası içərisində, Unibank komandası  korporativ sektor təmsilçiləri üzrə birinci yeri tutub.

Komandanın təlimçisi  Hakim İbrahimov 40-dan çox maneəni, 7 km məsafəni fəth etməklə, finişə çatmaq uğrunda mübarizə aparılan yarışda əldə olunan yüksək nəticəni güclü komanda ruhunda görür:

“Burda həm psixoloji, həm də fiziki güc tələb edən manelər var idi. Unibank komandası yarışlara var gücü ilə hazırlaşırdı.  Nəzərə alsaq ki, ilk dörd yeri tutan komandalar hamısı peşəkar idmançılardır,  onda həvəskarlardan ibarət Unibank komandasının 5-ci yerə çıxmasının böyük uğur olduğunu görmək olar. Əgər idmançılardan ibarət komandalar olmasaydı,  əminəm ki, Unibank komandası 1-ci yeri tutardı. Unibank komandasının qələbəsinin əsas sirri bütün yarış boyu vahid komanda ruhunda çalışmaları idi.  Komanda üzvləri ən çətin maneələrdə bir-birinə kömək edirdi və bütün iştirakçı bank komandaları arasında ən yaxşı nəticəni göstərdi”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır