“Unibank” korporativ müştərilər üçün internet bankçılığı təkmilləşdirib

“Unibank” ın müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar banka gəlmədən büdcə ödənişlərini və hesablaşma əməliyyatlarını apara biləcək. “Unibank”ın  yenilənmiş “İnternet bankinq” xidməti biznes sahiblərinə istədikləri vaxt və istənilən yerdə, təhlükəsiz, cəmi bir neçə dəqiqə ərzində bank əməliyyatlarını aparmağa, biznesləri ilə bağlı sərəncam verməyə imkan yaradır.

Yenilənmiş internet bankinqdə ölkədaxili və bankdaxili əməliyyatlar daha genişimkanlı, hər bir müştərinin fərdi tələbatına uyğun olub. Yeni funksiyaların əlavə edilməsi, bir neçə imzanı daxil etməyin mümkünlüyü hüquqi şəxslərin və fərdi sahibkarların işini xeyli asanlaşdırıb. Büdcə ödənişləribölümü yeni dizaynda tərtib edilib. “Azərcell” bölümü- şirkətin korporativ nömrələrə görə ödəniş funksiyası təkmilləşdirilib. Maaş Köçürmələri bölümünə yeni imkanlar əlavə edilib və avtorizasiya və identifikasiya zamanı geniş seçim imkanı yaradılıb. Ödənişlərin təsdiqlənmiş variantını istənilən vaxt çıxarmaq mümkün olub.

Qeyd edək ki,  “Unibank”ın “İnternet bankinq” xidmətinə qoşulmaq pulsuzdur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır