“Unibank” ilk rüb üzrə maliyyə göstəricilərini açıqlayıb

Unibank 2018-ci ilin ilk rübündə yüksək mənfəət əldə edib.

BBN.az xəbər verir ki, ilin ilk 3 ayı ərzində Unibankın mənfəəti 5 milyon manata yaxın olub. Bankın məcmu kapitalı artaraq 70 milyon manata çatıb.

Ötən ilin nəticələri ilə müqayisədə Unibankın kredit portfelində 11 milyon manatdan çox artım qeydə alınıb. Ötən ilin 1-ci rübü ilə müqayisədə verilmiş biznes kreditlərinin həcmi 6 dəfə, istehlak kreditlərinin həcmi 5 dəfə artıb. Bir çox sahələrlə yanaşı, kart satışında da artım olub. 2017-ci ilin 1-ci rübü ilə müqayisədə debet kartların sayı 19% artıb.

Daha qısa müddətdə yüksək keyfiyyətli bank xidməti, bankın müştəri sayını 2% artırıb. Unibank, bu ilin 1-ci rübü ərzində rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Mobil bank əlavəsi Unibank Mobile istifadəçilərinin sayı rüb ərzində artaraq 150 000-i keçib. Biznes sahibləri üçün nəzərdə tutulan Unibank Business Mobile istifadəçilərinin sayında da artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır