“Unibank Mobile” bayram günlərində müştərilərin bank xidmətlərindən istifadəsini təmin edəcək

“Unibank” müştəriləri bayram günlərində də bank xidmətlərindən istifadə edə biləcəklər.

Belə ki, “Unibank Mobile” bayram günlərində belə müştərilərin bank xidmətlərindən istifadəsini təmin edəcək. “Unibank” müştəriləri mobil əlavənin köməyi ilə kredit, kommunal və digər ödənişlər edə və bir sıra bank əməliyyatları apara biləcəklər. Bu gün ölkəmizdə Unibank Mobile istifadəçilərinin sayı 100.000-i keçib. Bu isə o deməkdir ki, ən azı 100 min Unibank müştərisi banka gəlmədən istənilən vaxt və istənilən yerdə, bankın xidmətlərindən rahat və sürətli istifadə edə bilir.

Qeyd edək ki, Bankın bütün filialları yanvarın 4-ü saat  09:00-dan etibarən yenidən müştərilərinin xidmətində olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır