Unibank Mobile ilə kommunal, hökumət ödənişləri, kreditlər və digər ödənişləri edərkən bonuslar qazanmaq mümkündür. Mobil əlavəyə edilən funksiya ödənişlər və depozitlərlə bağlı bir sıra əməliyyatlarda müştərilərə bonus balları qazandıracaq. Bonuslar bölməsindəki kvest əməliyyatları isə əlavə 250 bal qazandırır. Qazanılan bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirmək olar. Unibank Mobile-a əlavə edilən digər yeni funksiya isə ölkədaxili bütün kartlara köçürməni mümkün edir. Mobil əlavədən istifadə qaydaları, imkanlar, bir sözlə bu haqda bütün məlumatlar menyunun “Ayarlar” bölməsində olan FAQ (sual/cavab bazası) funksiyasında cavablandırılıb.
Qeyd edək ki, Unibank Mobile bütün hesablara onlayn nəzarət imkanları, telefon kitabçanızda qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək, bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması, kommunal, internet , kabel tv , kredit ödənişlərinin həyata keçirilməsi, həmçinin depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərlə bağlı bütün məlumatları banka gəlmədən əldə etmək mümkündür.