Unibank-dan kredit götürənlər və ya Unibank kartı ilə ödəniş həyata keçirənlər, lotereyada 2018 AZN pul hədiyyəsi qazanmaq şansı əldə edirlər. Belə ki, bu şansı Unibank-ın “Yeni il-2018” adlı tirajlı stimullaşdırıcı lotereyası yaradır.
Dekabrın 6-dan yanvarın 15-dək Unibankdan kredit alan və ya Unibank kartları ilə alış-veriş edən, Unibank Mobile-da Unibank kartı ilə ödəniş edən müştərilər 10 000 AZN-dən çox uduş fondlu lotereyanın 95 qalibindən biri ola bilərlər. İki qalib lotereyanın ən yüksək mükafatına – 2018 AZN məbləğində pul uduşuna sahib olacaq.
Qeyd edək ki, Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Bankın bir çox filialları şənbə günləri də müştərilərə xidmət edir.