Unibank öz nizamnamə kapitalını 70% artırıb

Unibank KB ASC-nin səhmdarları və menecmenti bankın kapitallaşmasının birinci mərhələsinin bitdiyi haqda açıqlama yayıblar.

Bu gün Bakı Fond Birjasında ümumi dəyəri 49 milyon manatdan artıq olan 18, 059 min ədəd səhmin  yerləşdirilməsi həyata keçirilib. Səhmlər mövcud səhmdarlar tərəfindən alınıb. Hazırda bu prosesin yekun mərhələsi olan dövlət orqanları və Bakı Fond Birjası tərəfindən hüquqi və texniki rəsmiləşdirmə işləri aparılır. Bunun  nəticəsində Unibankın nizamnamə kapitalı  119 milyon manata çatdırılıb. Bu isə bankın nizamnamə kapitalının 70%-dək artması deməkdir.

Səhmlərin yerləşdirilməsinin nəticəsində səhmdarların strukturunda dəyişikliklər baş verib. Beynəlxalq maliyyə institutları olan DEG və AYİB-in payı 49,5 %, yerli fiziki şəxs olan səhmdarların payı isə 50,5% təşkil edib.  Ayrılıqda isə  “DEG”  Almaniya İnvestisiya Şirkətinin payı 27,6%-ə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı isə 21,9%-ə çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır