Unibank Ramazan bayramı münasibəti ilə kampaniya keçirir

Unibank Ramazan bayramı  münasibəti ilə müştərilərinə bayram kampaniyası elan edib. İyunun 23-dək Unibankın məhsul və xidmətlərindən istifadə etmək istəyənlər bank filiallarında kreditdə, faizdə, kartın qiymətində, alış-verişdə endirim qazanacaq, üstəlik kredit komissiyasız həyata keçiriləcək.

Ramazan kampaniyasına hər kəs üçün komissiyasız kredit və  kreditin illik faiz dərəcəsinə 2%-dək endirim,  ALBALI PLUS kredit komissiyasına  50% endirim,  ALBALI PLUS debet  Gold və  ALBALI PLUS debet Platinum kartlarının qiymətlərinə  50% endirim, depozit qutularına xidmət haqqına 2 aylıq ödənişlə 3 aylıq istifadə imkanı, 23-28 iyunda Unibank kartları ilə marketlərdə edilən alış-verişlərə əlavə 1 ay ödəmək imkanı 3, 4 və 6 aylıq bütün hissəli alış-verişlərə bank tərəfindən də əlavə 3 ay hədiyyə, Partnyor mağazalarda xüsusi endirimlər,  ALBALI PLUS debet kartı cəmi 3 AZN/USD, Unibank Mobile-dan sifariş zamanı isə 2 AZN/USD kimi imkanlar daxildir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır