16 iyun 2017-ci il tarixində “Unibank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Ümumi yığıncaq bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən ofisində baş tutacaq. Yığıncaqda 2016-cı il üzrə bankın maliyyə hesabatlarının təsdiqi, bankın investisiya qiymətli kağızlarının emitenti olaraq 2016-cı il üzrə illik hesabatının təsdiqi, bankın nizamnaməsinə dəyişikliklər edilməsi , bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilməsi barədə müzakirələr ediləcək.