Unibank “Siftə krediti” kampaniyasının müddətini uzadıb

Unibank “Siftə krediti” kampaniyasının müddətini uzadıb. Belə ki, kampaniya çərçivəsində 2018-ci il yanvarın 12-dək Unibank-dan ilk dəfə kredit götürən şəxslər nağd kreditləri həm komissiyaya, həm də faizlərə endirimlə əldə edə biləcəklər.

Aksiya müddətində faiz dərəcələri 2% azaldılıb, komissiya isə 1%-ə endirilib. Unibank-da kredit tarixçəsi olmayan ölkə vətəndaşları yanvarın 12-dək bu aksiyanın şərtləri ilə nağd kredit üçün müraciət edə bilərlər.

Kreditin aylıq minimum ödənişləri 19 manatdan başlayır, sığorta haqqı yoxdur, heç bir zamin tələb olunmur.

Qeyd edək ki, kreditləri banka gəlmədən 050 778 8117 whatsapp nömrəsinə yazaraq və ya Unibank Mobile-dan, unibank.az saytından onlayn sifariş etməklə və ya bank filiallarına müraciət edərək əldə edə bilərsiniz.

 

U

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır