“Unibank” ın yeni filialı fəaliyyətə başlayıb

“Unibank” ın 1 saylı ASAN Kommunalda  yeni filialı fəaliyyətə başlayıb. Daha əlçatan və digər xidmətlərin mövcud olduğu bir ünvanda yerləşən filial, müştərilərinə geniş bank xidmətləri təklif edir. Filial müştərilərə kassa hesablaşma əməliyyatları, kredit verilməsi, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar daxil olmaqla,  bütün bank xidmətlərini göstərir. Yüksək səviyyəli xidmətdən  və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs Unibankın ASAN Kommunalda yerləşən filialına müraciət edə bilər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır