“Unibank” “Yeni il-2018” stimullaşdırıcı lotereyası keçirir

Yeni il alış-verişlərini “Unibank” kartları ilə etsəniz,  2018 AZN qazanmaq şansınız olar. Çünki  “Unibank”ın Yeni il lotereyası müddətində bankın kartları ilə aparılan ödənişlər uduş şansı qazandırır. “Yeni il-2018” stimullaşdırıcı lotereyasının şərtlərinə görə, yanvarın 15-dək  “Unibank”ın debet,  kredit və maaş kartları ilə aparılan hər 10 AZN-lik nağdsız ödəniş sizi lotereya qalibi edə bilər. Loterеyada kimlərin qalib olmaq şansı var?

Kreditlər üzrə:

  • Lotereya müddətində “Unibank”dan nağd kredit və ya Albalı Plus kredit kartı alan müştərilər;

Kartlar üzrə:

  • Lotereya müddətində “Unibank”ın debet, kredit və maaş kartları ilə nağdsız ödəniş edən müştərilər;
  • Lotereya müddətində “Unibank” kartları ilə Unibank Mobil əlavəsində kommunal, mobil, stasionar, internet/ Tv xidmət ödənişi edən müştərilər. Kartlar ilə edilən nağdsız ödənişlərin hər 10 AZN- i müştəriyə lotereyada 1 iştirak şansı qazandırır. Kartlar üzrə lotereyada iştirak etmək üçün 15 yanvaradək unibank.az saytında qeydiyyatdan keçmək lazımdır.

Lotereya qalibləri aşağıdakı qaydada pul mükafatı əldə edəcəklər:

  • 2 nəfər qalib hər biri 2018 manat
  • 1 qalib 500 manat
  • 22 nəfər hər biri 100 manat
  • 70 nəfər qalib hər biri 50 manat.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır