“Unibank” hamının bəyənəcəyi Yeni il hədiyyəsini təqdim edir. Yeni ildə partnyor şirkətlərə, əməkdaşlarınıza, dostlarınıza hansı hədiyyəni etməyi düşünürsünüz? “Unibank”ın Albalı Gift kartı bütün suallarınıza cavab verəcək, optimal və hər kəsin bəyənəcəyi hədiyyədir. Albalı Gift həm korporativ, həm də xüsusi təbriklər üçün dəyərli hədiyyədir.
Həm bir neçə nominallı olması, həm də kart sahibinə hədiyyəsini “Unibank” pos terminalı olan 1500-dən çox ticarət obyektində özünün seçməsinə imkan verməsi, Albalı Gift kartını ən sərfəli hədiyyəyə çevirir. Şirkətlər 50, 100 və 150 AZN nominallı Albalı Gift kartını öz əməkdaşlarına və ticarət tərəfdaşlarına məmnuniyyətlə hədiyyə edə bilərlər.
Kartın üstünlükləri:
- Kart pulsuzdur, belə ki, kartı əldə etmək üçün nominalı qədər ödəniş edilir,
yəni 100 AZN-lik Albalı Gift kartı almaq üçün 100 AZN ödəməlisən;
- Kart müştəriyə xüsusi dizaynlı hədiyyə zərfində təqdim olunur;
- Kart, şirkətlərin öz əməkdaşlarına və partnyorlarına hədiyyə etməsi üçün çox cəlbedicidir;
- Albalı Gift kartı Unibank-ın POS terminallarının olduğu 1500-dən çox ticarət obyektində istifadə oluna bilər.
- Korporativ sifarişlər üçün gift kart indivual dizayn ilə təqdim edilə bilər.