“Unibank” ASC səhmlərini kütləvi tədavülə buraxmağa hazırlaşır.
Məlumata görə, investorlara hər birinin nominal dəyəri 2,72 manat olan 3 676 471 ədəd (10 000 001,12 manatlıq) yeni adi, adlı, sənədsiz səhm təklif olunacaq.
Qiymətli kağızlara abunə yazılışı dekabrın 22-nə qədər davam edəcək və bundan sonra onlar kütləvi təklf üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək. Bununla belə, bank mövcud səhmdarlarının bu prosesdə üstünlük hüququnu tanıyıb.
Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Səhmlərin hamısı satılsa, “Unibank”ın nizamnamə kapitalı 8,36% artaraq 119 686 326,72 manatdan 129 686 327,84 manata yüksələcək.
Mənbə: Report