Unibankda ipoteka krediti daha sərfəli olub

Unibank-da ipoteka kreditləri daha da sərfəli olub. Mənzil sahibi olmaq istəyənlər,  evin ilkin ödənişinin 20% -ni etməklə, 100 min manatadək ipoteka krediti götürə bilər. İpoteka kreditləri illik 8% ilə verilir. Unibank İpoteka Fondunun fəal müvəkkil bankları sırasındadır. Bank bu günədək  40 mln. 506 min manatdan çox ipoteka krediti verib.  Unibank-ın ipoteka müştərilərinin sayı hazırda 1100 nəfəri keçib.

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında Unibank iştirak edir. Bu günlərdə Unibank “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Qeyd edək ki, İpoteka kreditləri Unibank-ın Bakıda “17 saylı” (“Sahil”) filialında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır