“Unibank”da təhsil işçiləri kampaniyası davam edir

Unibank-ın Beynəlxalq Müəllimlər günü münasibəti ilə başladığı kampaniya çərçivəsində təhsil işçilərinə kredit həm komissiyasız, həm də aşağı faizlə verilir. Aksiya çərivəsində Unibank filialına müraciət edən müəllimlər, 15000 AZN-dək nağd krediti 36 ayadək müddətə, 0% komissiya ilə əldə edə biləcəklər.

Oktyabrın 28-dək Unibank-dan kredit götürən təhsil işçilərini bu üstünlüklər gözləyir:

  • Nağd kreditlərdə komissiya 0%-dir;
  • Kredit faizlərində 2% endirim edilib;
  • Aksiya müddətində nağd kredit götürən təhsil işçilərinə ALBALI PLUS debet standart  kartı hədiyyə ediləcək.

 

Unibank-dan nağd kredit götürmək müəllimlərə başqa üstünlüklər də verir:

  • Sığorta haqqı yoxdur;
  • Kreditin aylıq minimum ödənişləri 19 manatdan başlayır;
  • Heç bir zamin tələbi yoxdur;
  • Kredit proseduru çox sadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır