Unibank kiçik və orta sahibkarlar üçün sərfəli yaz kampaniyası keçirir. Novruzun çərşənbələrinə həsr olunmuş “4 çərşənbə – 4 güzəşt” kampaniyası biznes sahiblərinə seçim imkanı yaradır.
Unibank KB-nin Mikromaliyyələşdirmə Departamentinin rəhbəri Rauf Ağayev bildirib ki, dörd təklifin hər birində sahibkarlar üçün güzəştlər nəzərdə tutulub: “Baharın gəlişi biznesin inkişafı üçün ən məhsuldar dövrdür. Təklif etdiyimiz 4 paketin hər biri sahibkarların istəklərinə uyğun hazırlanıb. Biznes sahibləri özləri üçün ən sərfəli olan kampaniyanı seçə bilərlər. “4*4” kampaniyası martın 31-dək davam edəcək”.