Unibank-ın “Yeni il-2018” stimullaşdırıcı lotereyasının da əsas məqsədi bankdan kredit götürən müştərilərə pul uduşu qazanmaq şansı verməkdir. Yanvarın 15-dək Unibank-dan nağd kredit və ya Albalı Plus kredit kartı alan hər kəsin 2018 AZN-dək pul uduşu qazanmaq şansı var. Qalib isə 95 nəfər olacaq.
Kampaniya müddətində Unibank kartları ilə nağdsız alış- veriş edən və Unibank Mobile ilə əməliyyatlar edən müştəriləri də dəyərli pul uduşları gözləyir.
Lotereya qalibləri aşağıdakı qaydada pul mükafatı əldə edəcəklər:
- 2 nəfər qalib hər biri 2018 manat
- 1 qalib 500 manat
- 22 nəfər hər biri 100 manat
- 70 nəfər qalib hər biri 50 manat.
2 hissədən ibarət tiraj yanvarın 23-də “Unibank”ın Baş ofisində keçiriləcək. Uduş fondunun oynanılması xüsusi kompüter proqramı vasitəsilə elektron püşkatma qaydasında aparılacaq.