Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyən müştərilər, şənbə günləri də bank filiallarına müraciət edə bilərlər.
Belə ki, bankın paytaxt və bölgələrdə yerləşən 5 filialı- “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt” və “Gəncə” filialları həftə sonu saat 10.00-dan 14.00-dək müştərilərin üzünə açıq olacaq. Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərərcək