Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 3 gün qalıb

Unibankın təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyasından faydalanmağa tələsin, çünki kampaniyanın bitməsinə cəmi 3 gün qalıb. Kampaniya martın 31-dək davam edəcək. Ayın sonunadək Unibankdan kredit götürmək istəyən bütün təqaüdçülər 10.000 AZN-dək krediti komissiyasız əldə edə biləcəklər. Təqaüdü 100 manatdan başlayan hər bir təqaüdçü Unibanka yaxınlaşaraq, krediti 0% komissiya ilə əldə etmək üçün müraciət edə bilər.

Unibankdan krediti götürmək təqaüdçülərə xüsusi üstünlüklər verir:

– komissiya 0%;

– kreditin məbləği 10.000 AZN-dək;

– sığorta xərci yoxdur;

– zamin tələb olunmur;

– kreditin ödəniş tarixini müştəri özü təyin edir;

– cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;

– kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq, 117 məlumat mərkəzinə zəng edərək, Unibank Mobile-dan, www.unibank.az saytından onlayn sifariş etməklə (http://go.unibank.az/2FcSiNh) və ya Unibank filiallarına müraciət edərək əldə edə bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır