“Markswebb” agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank xidməti seçilən “Unibank Mobile” indi daha dinamik və interaktiv olub.
Son yeniliklər zamanı əsas səhifənin dizaynı yenilənib və yeni funksiyalar əlavə edilib. İndi smartfonunda “Unibank Mobile” əlavəsini yeniləyən hər kəs bank kartlarının rəngli dizaynda daha ətraflı məlumatı; bütün kartların ümumi balansı və kreditlər üzrə ümumi borc; əsas səhifədə Ümumi bonusların cəmi və bonusları hədiyyə kuponlarına dəyişmə imkanı; əsas səhifənin aşağı hissəsində rahat menyu; ödənişlər üçün ekspress panel – swipe menyu. Bu menyuda həm ödənişlər,həm də köçürmələr üzrə mütəmadi edilən əməliyyatlar əks olunacaq; mütəmadi ödənişlər və köçürmələr – tez-tez edilən əməliyyatların təkrar etmə imkanı; xəbərlər bölməsi kimi yenilikləri görə biləcək.