“Unibank”ın nizamnamə kapitalının artacağı gözlənilir

“Unibank” Kommersiya Bankı” ASC-nin  Səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.  Yığıncaqda“Unibank” Kommersiya Bankı ASC-yə kənar auditorunun təyin edilməsi,  bankın  İdarə Heyətinin tərkibində dəyişikliklərin edilməsi , nizamnamə kapitalının artırılması, nizamnamədə dəyişikliklər edilməsi və xüsusi əhəmiyyətli əqdlər barədə məsələlər müzakirə olunacaq.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, İşlər İdarəsi ilə əlaqəsaxlamaqla tanış ola bilərlər.

Qeyd edək ki, yığıncaq 13 oktyabr 2017-ci il tarixində, saat 15:00-da Bankın Bakışəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır