Unibankla pul köçür, danışıq kartı qazan!

Bankda pul köçürmələri zamanı nəyə üstünlük verirsiniz? Təbii ki, etibarlı, sürətli xidmətə və sərfəli tarifə.  Unibank bu amillərin hamısını öz təcili pulköçürmə xidmətlərində birləşdirib. İndi Unibank-ın  xarici ölkələrə təcili pul köçürmə sitemləri ilə  hər 300 AZN / 200 USD / 200 EUR / 12000 RUB məbləğində və ondan yuxarı məbləğlərdə köçürmə edən və qəbul edən müştərilərə 10 dəqiqəlik Bakcell danışıq kartı hədiyyə olunacaq.

Dünyanın ən məşhur və etibarlı pulköçürmə sistemlərinə qoşulan Unibank, 10 pulköçürmə sistemi vasitəsi ilə müştərilərinə xidmət göstərməkdədir. Bank hazırda geniş xidmət şəbəkəsinə malik “Zolotaya Korona” , “Contact” , “Western Union” , “Faster”, “LİDER”, “BLİZKO”, “PrivatMoney”, Unitransfer, Monex, UPT  kimi nüfuzlu təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərərək, ABŞ dolları , Avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.

Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq 0,2%-dən başlayan tariflərlə həyata keçirməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır