“Union Leasing”ə yeni rəhbər təyin olunub

“Union Leasing” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Məlumata görə, söhbət Eldar Axundovdan gedir. O, yeni vəzifəsində Elşən Bağırovu əvəz edib.

Xatırladaq ki, “Union Leasing” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 min manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır