“Union Lizinq” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağı baş tutacaq. Yığıncaq cəmiyyətin Bakı şəhəri, Yasamal rayonunda yerləşən inzibati binasında keçiriləcək .
16 iyun 2017-ci il tarixində, saat 11:00-da keçirilməsi planlaşdırılan yığıcaqda 2 məsələnin müzakirə olunması gözlənilir. Bunlar cəmiyyətin illik hesabatının, balansının, mənfəət və zərər hesablarının təsdiq olunması və cəmiyyətin maliyyə vəziyyətinin müzakirə edilməsidir.