“Uşaq əmanəti”ni hansı banklarda yerləşdirmək mümkündür? – FAİZLƏR

BBN.az olaraq,  banklarda yerləşdiriləcək “uşaq əmanəti” tipli depozit məhsullarının faiz dərəcələri  üzrə sıralamasını və digər şərtləri təqdim edirik.

Bank Məbləğ (minimum) Faiz İl (maksimum) Qeyd Kapitallaşma
1 TuranBank ASC 100 15% min 3 il-18 yaşa qədər 5 ilə qədər müddətdən əvvəl götürüldükdə heç bir faiz ödənmir, 5 ildən sonra 1-2% var
2 NBCBank ASC 200 13% 18 Əmanətlər vaxtından əvvəl götürüldükdə faizlər belə hesablanır: 0-5 il 4% 5-10 il 7% 10-18 il 10% yoxdur
3 AGBank ASC 100 8% 18 Yalnız müddətin sonunda götürmək mümkündür var
4 Rabitəbank ASC 200 7% 18 Faizlər hər ilin sonu ödənilir, əmanəti hər ilin sonunda götürmək mümkündür var
5 Xalq Bank ASC 1000 6% 18 Faizlər hər ilin sonu ödənilir, əmanəti hər ilin sonunda götürmək mümkündür var

Belə əmanət növlərində diqqət edilməli olan digər məsələ isə əmanətin kapitallaşması ilə əlaqədardır. Əmanətin kapitallaşması deyilən zaman əmanət üzrə faizin indiyə qədər yığılmış bütün vəsaitə vurulması nəzərdə tutulur.  Əmanət kapitallaşmadıqda əmanət faizi ilkin vəsait əsasıda heablanır. Misal üçün bankda faiz dərəcəsi 15%-dir.  Siz 10 illik 1000 manat vəsait yerləşdirmisizniz. İlk ilin sonunda Sizin hesabınızda 1150 olacaqdır. İkinci il isə bu vəsait kapitallaşarsa, hesabınızda 1322.5 manat (faizlər 1150 manat əsasında hesablanıb), kapitallaşmazsa, 1300 manat (faizlər 1000 manat əsasına hesablanıb). İlk baxışdan 22.5 manat o qədərdə böyük fərq olaraq görünməyə bilər.  Lakin 10 ilin sonunda kapitallaşmayan hesabda 2500 manat olacaqsa,  kapitallaşan hesabda isə bu məbləğ 4045.6 manat olacaqdır.

Müddət artdıqca bu fərq daha da böyüyür.  Bu səbəbdən “uşaq əmanəti” kimi uzunmüddətli əmanətlərdə buna diqqət yetirmək vacibdir.

İndi isə yuxarıda adı çəkilən banklarda yerləşdirilən 1000 manatın 18 ilin sonunda neçə manat olacağına nəzər yetirək.

Bank 1000 manat 18 ilin sonunda
1 TuranBank ASC 12375.5
2 AGBank ASC 3996.0
3 Rabitəbank ASC 3379.9
4 NBCBank ASC 3340.0
5 Xalq Bank ASC 2854.3

Göründüyü kimi “NBC Bank”da bu tip əmanət kapitallaşmadığı üçün 18 ilin sonunda alınacaq ödəniş, faiz dərəcəsi bu bankdan daha aşağı olan “Rabitəbank” və “AGBank”a nisbətdə daha azdır.

Bu tip bazar araşdırmaları ilə BBN.az-ı izləyərək tanış ola bilərsiniz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır