Səyyar ASAN xidmət 27 iyun – 26 iyul Kürdəmir və Lənkəranda, 2 – 31 iyul Şəki və Qusarda, 4 – 18 iyul Pirallahıda, 6 – 30 iyul Şamaxıda, 7 – 31 iyul Gədəbəy və Yevlaxda, 9 – 28 iyul Novxanıda, 11 – 30 iyul Yardımlıda, 21 – 30 iyul Lökbatanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
BBN.az xəbər verir ki, Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.