İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 20-də Göygöldə Şəmkir, Goranboy və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək.
BBN.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dən etibarən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı vNazirliyin 195-2 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.