Vahid AsanDoc.az portalı istifadəyə verilib

Vahid AsanDoc.az portalı istifadəyə verilib. Bu portalda “Asan İmza” mobil elektron imza vasitəsilə elektron formada istənilən vacib sənədi imzalamaq mümkündür. Portal elektron vergi bəyannamələri, elektron vergi hesab fakturaları, fiziki və ya hüquqi şəxsin qeydiyyatı üçün ərizə, əmək müqaviləsinin bağlanılması ilə bağlı bildiriş,  məcburi dövlət sosial sığorta haqqında hesabatlar, sığortaolunan şəxsin qeydiyyatı və s. bu kimi vacib sənədlərin imzalanması prosedurunu asanlaşdırır. Artıq sənədlərin imzalanması üçün əlavə proqram təminatının axtarılması və endirilməsinə ehtiyac qalmır.

Layihə Microsoft Azure bulud hesablamalarının açıq və dəyişkən platformasında re Portalda autentifikasiya “Asan İmza” vasitəsilə həyata keçirilir, sənədlərin imzalanması isə cəmi bir neçə saniyə vaxt aparır. İstifadəçi sənədlərin imzalanması üçün “Asan İmza” mobil elektron imza sertifikatını əldə etdiyi zaman ona təqdim edilən PIN 2 kodunu istifadə edir.

AsanDoc.az portalına smartfonlar və planşet kompüterlər də daxil olmaqla istənilən qurğudan giriş mümkündür.

Bu yenilik elekron sənədlərin hüquqi əhəmiyyətinə və tamlığına, imzalayan şəxsin şəxsiyyətinin təyin edilməsinə zəmanət verir və artıq imzalanmış sənədi üçüncü şəxslərin müdaxiləsindən qoruyur.

Qeyd edək ki. Portalın xidmətləri yalnız “Asan İmza” istifadəçiləri üçün açıqdır.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır