2018-ci ilin fevral ayının 28-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5387.3 mln. ABŞ dolları təşkil edib.
BBN.az AMB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici yanvar ayı ilə müqayisədə 6,1 mln. dollar və ya 0.1% çoxdur.
Qeyd edək ki, qurumun valyuta ehtiyatları ötən ilin fevral ayına nisbətən 1018 mln dollar və yaxud 23,3% artıb.