Mərkəzi bankın rəsmi valyuta ehtiyatları azalıb

2018-ci ilin aprel ayının 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5 465.8 mln. ABŞ dolları təşkil edib.

BBN.az AMB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici mart ayı ilə müqayisədə 42.2 mln. dollar və ya 0.77% azdır.

Qeyd edək ki, qurumun valyuta ehtiyatları ötən ilin müvafiq dövrünə nisbətən 846.5 mln dollar və yaxud 18,33% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır