“Valyuta ehtiyatları 3 milyard dollar artıb”

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edib.

Prezidentin sözlərinə görə, bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub.

İlham Əliyev, həmçinin, qeyd edib ki, valyuta ehtiyatları 3 milyard dollar artaraq 40,6 milyard dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır