“Valyuta ehtiyatlarımız 42 mlrd. dollar təşkil edib”

İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. 2017-ci ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5%, qeyri-neft sənayesi 3,1%, kənd təsərrüfatı 2,8%, xarici ticarət dövriyyəsi 7% artmış, müsbət saldo 4,4 mlrd. ABŞ dolları olub. Bu dövrdə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard ABŞ dolları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır