Neft Fondu tərəfindən valyuta satışının həcmi haqqında məlumat açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən iyul ayında vəlyuta satışı barədə məlumat açıqlanıb.

Belə ki, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin iyul ayı ərzində 536,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, iyun ayı ərzində valyuta satışı 439  milyon ABŞ dolları məbləğində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır