Almaniyanın Sosial-Demokratlar Partiyası bəyan edib ki, partiya tərəfindən varlı vətəndaşları daha çox vergi ödəməyə məcbur etmək planlaşdırılır. Bununla da əhalinin nisbətən kasıb təbəqəsinin vergi yükünü azaltmaq mümkün ola bilər.
Analitiklərin rəyinə görə, partiya bu vədi verməklə payızda keçiriləcək seçkilərdə fəhlə sinfindən daha çox səs toplayacağına ümid edir.
Partiyanın digər təklifi isə il ərzində 250 min avro və daha artıq qazananlar üçün xüsusi yığım dərəcəsini hazırkı 45%-dən 48%-ə qaldırmaqdır.