Vaşinqtonda Trans-Xəzər Forumu keçirilib

İyunun 26-da ABŞ-ın paytaxtında 2 günlük Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumuna start verilib.

Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri-Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.

Forum çərçivəsində Trans-Xəzər dəhlizi ölkələrində biznes və sərmayə şəraiti. Dəniz. Dəmir yolu və hava nəqliyyatının imkanları üzrə təşkil edilən paneldə dövlət və şirkət nümayəndələri çıxışlar edib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır