Vaxtı keçmiş kreditlər ümumi portfelin 15.5%-ni təşkil edib

2017-ci il noyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12152.2 milyon manat təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, həmin vəsaitlərin 9869.0 milyon manatını uzunmüddətli kreditlər təşkil edib.

Qeyd edək ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 15.5%-ni təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır