Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14.7% təşkil edib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2017-ci il sentyabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12376.6 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 10020.9 milyon manatı və ya 81%i uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96.3%-i banklar, 3.7%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Qeyd edək ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14.5% artaraq 1824.0 milyon manata çatıb və ümumi kredit portfelinin 14.7%-ni təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır